Ana Sayfa > M / Karusel / Siyasət / Dünya / Qarabağdan xəbər var > Erməni əsgərinin ölümünə görə baş gizir tutuldu

Erməni əsgərinin ölümünə görə baş gizir tutuldu


25-07-2019, 13:29. Yazar: Xeberaz
Erməni əsgərinin ölümünə görə baş gizir tutuldu

Dağlıq Qarabağda erməni əsgərinin ölümünə görə döyüş postunun baş giziri saxlanılıb.
"Xeberaz.Az" xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin müdiri Naira Arutyunyan bildirib.
O deyib ki, Ermənistan silahlı qüvvələrinin əsgəri Volodya Qaloyanın ölüm faktı ilə əlaqədar istintaq davam edir. Saxlanılan baş gizirin adı açıqlanmayıb.  
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan ordusunun əsgəri iyulun 24-də ölüb. 
Geri dön