Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Rayon avtomobilləri ilə bağlı rəsmi açıqlama - VİDEO

Rayon avtomobilləri ilə bağlı rəsmi açıqlama - VİDEO


25-07-2015, 11:50. Yazar: Xeberaz
Rayon avtomobilləri ilə bağlı rəsmi açıqlama - VİDEO
“Burada insanlar üçün bütün şəraitlər yaradılacaq”.

Azərbaycanın rayonlarından paytaxda gələn avtomobillərin şəhərə buraxılmaması məsələləsi hələ də aktualdır.

Xeberaz.az -ın məlumatına görə bu barədə ANS TV-yə açıqlamasında Abid Şərifov məlumat verib.

O deyib ki, gün ərzində Bakıya bölgələrdən 60-80 min arası nəqliyyat vasitəsi daxil olur. Bu isə paytaxtda ciddi tıxac problemi yaradır. Hökumət bölgələrdən gələn avtomobillərin saxlanılması üçün paytaxtın şimal və cənub giriş qapılarında müvəqqəti dayanacaqların tikintisinə start verib.

“Dayanacaqlar ödənişsiz olacaq və burda insanlar üçün bütün şəraitlər yaradılacaq. Xüsusi dayanacaqlardan şəhər istiqamətinə avtobusların və taksilərin olacağı nəzərdə tutulur”.

Abid Şərifov rayondan gələn maşınların paytaxta daha çox axşam vaxtı gəlməsini məqsədə uyğun hesab edir. “Deyirlər ki, axşam vaxtı ən çox qəza olur, amma belə bir statistika yoxdur”.
Geri dön