Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Dünya > "S-400" raketləri Azərbaycanda yerləşdiriləcək? - Ankara müzakirə edir

"S-400" raketləri Azərbaycanda yerləşdiriləcək? - Ankara müzakirə edir


9-07-2019, 13:46. Yazar: Xeberaz

"S-400" raketləri Azərbaycanda yerləşdiriləcək?
Türkiyənin Rusiyadan aldığı "S-400" raketlərinin harada yerləşdirəcəyi məsələsi yenə gündəmdədir.

Növbəti dəfə həmin raketlərin Qətər və ya Azərbaycanda yerləşdirilməsi variantını önə sürülür.

Məqsəd Türkiyə-Amerika gərginliyinin artım tempindən qaçmaqdır.

Cebhe.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibliyi "Sputnik”ə açıqlamada bildirib.

Ancaq bəzi mənbələr Türkiyə rəhbərliyinin bu raketlərdən birinin Ankarada yerləşdirilməsi qərarına gəldiyini bildirir. İkinci raketin isə ölkənin şərqində və cənub-şərqində strateji vacib ərazidə yerləşdirilməsi müzakirə olunur.

Mətbuat xidmətinin də məlumatına görə, ölkə rəhbərliyi əvvəl raketin paytaxt ətrafında yerləşdirilməsi məsələsini müzakirə edib. 

Xatırladaq ki, məsələ hələ bu ilin aprelində də mətbuatın gündəminə gəlmişdi. Mətbuatın yazdığının əksinə olaraq rəsmi Ankara o zaman Türkiyənin Rusiyadan tədarük edilən "S-400" zenit-raket komplekslərini Azərbaycan və Qətərə vermək niyyətində olmadığını bəyan etmişdi. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirmişdi ki, "S-400"-ü Azərbaycan və yaxud Qətərdə yerləşdirmək barədə müzakirə yoxdur: "Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat KİV-lər tərəfindən hər zaman müzakirə olunur. Əslində məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş imzalamışıq və hazırda çatdırılma müddətlərini müzakirə edirik".

XİN rəhbəri onu da demişdi ki, əgər Rusiya kompleksləri Azərbaycana satmaq istəsə, o, bunu birbaşa, vasitəçisiz edər: "Üstəlik, bu ölkələrin yaxşı münasibətləri var".

Ancaq görünən odur ki, ötən müddət ərzində hökumətdəki müzakirələrin istiqaməti dəyişib. Azərbaycan və Qətərdən məsələylə bağlı rəsmi mövqe bildirilməyib. 



Geri dön