Ana Sayfa > M / Karusel / Təhsil / M2 > Azərbaycanda yeni universitet yaradıldı

Azərbaycanda yeni universitet yaradıldı


24-07-2015, 19:27. Yazar: Xeberaz
Azərbaycanda yeni universitet yaradıldı
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Azərbaycan Respublikasında təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması məqsədi ilə sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı İlham Əliyevin sərəncamaında q eyd edilir ki, Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılacaq.

Nazirlər Kabineti Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının iki ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etmək;

Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, bu günki əmri ilə İ.Əliyev həmçinin Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilməsinə göstəriş verib.
Geri dön