Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Azərbaycan tankları cəbhə istiqamətinə hərəkət edir – VİDEO

Azərbaycan tankları cəbhə istiqamətinə hərəkət edir – VİDEO


24-07-2015, 18:33. Yazar: Xeberaz
Azərbaycan tankları cəbhə istiqamətinə hərəkət edir – VİDEO
Müdafiə Nazirliyi videoya aydınlıq gətirib.

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb.

Xeberaz.az xəbər verir ki, Report-un redaksiyasına oxucular tərəfindən göndərilən videoda Silahlı Qüvvələrin tanklardan və digər zirehli maşınlardan ibarət hərbi texnika karvanının irəliləməsi görünür.

Videonun müəllifləri hərbi texnikanın cəbhəyanı rayonlar istiqamətində irəlilədiyini vurğulayıblar.

Müdafiə Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, videoda təqdim olunan görüntü Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının adi taktiki yerdəyişməsidir, xüsusi dislokasiyadan söhbət getmir.
Geri dön