Ana Sayfa > M / Karusel / Gündəm / Təbriklər > Bu gün tanınmış ictimai xadim Hacı Quliyevin doğum günüdür

Bu gün tanınmış ictimai xadim Hacı Quliyevin doğum günüdür


29-06-2019, 01:35. Yazar: Xeberaz
Bu gün tanınmış ictimai xadim, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse- prezidenti, İctimai Nəzarət Koalisiyası Himayadarlar Şurasının sədri, Dünya Gənclər Konseyinin Azərbaycan üzrə rəhbəri “Ümidlə Gəl” xeyriyyə layihəsinin rəhbəri, “Excellent” şirkətinin direktoru Hacı Quliyev dogum gününü qeyd edir.H.Quliyev Azərbaycan ictimaiyyətinə milli mənəvi dəyərlərin qorunması yönündə sərt çıxışları, Xocalı Soyqırımının, dövlətçilik və vətənəpərvərlik mövzularının dünyada təbliği, xeyriyyə layihələri və aksiyaları ilə tanınmışdır. İctimai xadim öz ictimai və iş karyerasına əsaslanaraq, hər zaman gənclərə örnək və fəaliyyətlərində ən yaxın dəstəkçisi olmuşdur. Dövlət siyasətini əsas tutaraq, dövlətçilik yönündə çıxışları ilə Dünya Azərbaycanlılarının böyük rəğbətini qazanmışdır. Ölkədə keçirilən tədbirlerin əkəsriyyətində, milli bayramlarda, xüsusi himayəyə ehtiyacı olan uşaq və qocalar evlərində, qadın koloniyasında təşkil olunan tədbirlərdə yüksək fəallıq göstərərək, ön sıralarda bayraqdar olaraq tanınmışdır.
İctimai fəaliyyətə başladığı dövrdən etibarən Hacı Quliyev dogum gününü ailə himayəsindən məhrum olmuş uşaqlarla uşaq evlərində keçirməyə üstünlük verir. Bu ildə ənənəsinə sadiq qalaraq, uşaq evlərinin birində uşaqlarla birgə olacağını planlaşdırır.
Hər zaman digər xalqlar və qardaş ölkə vətəndaşları ilə sıx əlaqə saxlayan Hacı Quliyev, 2016-cı ildə doğum gününü qeyd etməkdən təmamiylə imtina etmişdi. O, qardaş ölkədə-Türkiyənin metropolu olan İstanbulda yerləşən Atatürk Hava Limanında törədilmiş amansız terror aktına görə doğum günü tədbirini keçirməyərək, terrora qarşı aksiyasıyla sosial şəbəkələrdə silsilə yayımlar etmişdi. Bu jesti həm Azərbaycan, həm də Türkiyə mətbuatında geniş şəkildə işıqlandırılmışdı.
İctimai xadimin fəaliyyəti ölkədə və ölkə hüdudlarından kənarda hər zaman mediyanın diqqət mərkəzində olmaqdadır.
Hacı Quliyev fəaliyyətində göstərdiyi fəallığa görə bir sıra fəxri fərmanlar, təşəkkürnamələrlə və mükafatlarla təltif olunmuşdur.


Geri dön