Ana Sayfa > M / Karusel / Gündəm / İbadət > Qurban Bayramı nə vaxtdır? - Tarix açıqlandı

Qurban Bayramı nə vaxtdır? - Tarix açıqlandı


21-06-2019, 17:06. Yazar: Xeberaz
"Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:


"Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar”.
Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.
Geri dön