Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü... - Azərbaycandakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI

Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü... - Azərbaycandakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI


17-06-2019, 13:59. Yazar: Xeberaz

Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilmiş dəhşətli qətliamda öldürülən şəxslərin adları məlum olub.

Xəbəraz.Az xəbər verir ki,publika.az-ın əldə etdiyi məlumata görə, hadisənin 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu tərəfindən törədilməsi məlum olub. “Kalaşnikov” avtomatı ilə silahlanmış 25 yalı oğlan bazara gələrək qan davasında olduğu Musayev Şəbiddin Fərrux oğlunu, onun qardaşı Novruzu və anası Şərqiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Cəlilova Zeynəb Baba qızını güllələyərək öldürüb.
Məlum olub ki, Şəbiddin Musayev və Novruz Musayv 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetirib. Bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. İki qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar. Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.
Artıq 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 25 yaşlı Elnur Süleymanov saxlanılıb.

Geri dön