Ana Sayfa > M / Karusel / Hadisə / Səhiyyə / Həftə-Reytinq > Xəstənin dadına Təcili Tibbi Yardım yox DYP əməkdaşları çatdı

Xəstənin dadına Təcili Tibbi Yardım yox DYP əməkdaşları çatdı


16-06-2019, 23:47. Yazar: Xeberaz
"Xəbəraz.Az" saytına müraciət edən vətəndaş adının çəkilməsini istəməyərək bildirdi ki, ötən gün övladının səhətinin birdən birə pisləşməsi onları bərk narahat etdi. Dərhal 103 Təcili Tibbi Yardım Mərkəzinə vəziyyətlə bağlı məlumat versələrdə,hadisə yerinə gələn həkim biriqadasının  göstərdiyi xidmətindən narazı qalan valideyin, 1-yaş 4-aylıq qızının keçirtdiyi sudurğayla bağlı,körpəni özləri Tədris  Terapevt Klinikasına aparmağa qərara alırlar.
 Bu işdə valideyinin köməyinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları çatırlar.
  Mirzəmməd və Mehman adlı DYP əməkdaşları, idarə etdikləri 99-YP-742 dövlət nömrə nişanlı xidməti avtomobili ilə körpə qızcığazı Tədris  Terapevt Klinikasına  çatdırmaqla ailənin sevincinə səbəb olurlar.
Elə bu səbəbdəndə gənc ailə  Dövlət Yol Polisi əməkdaşlarına bizim sayt vasitəsi ilə təşəkkür və minnətdarlıqlarını bildirirməklərini xahiş etdilər.
Var olsun Azərbaycan Polisi.
Geri dön