Ana Sayfa > M / Karusel / Gündəm > Şəhid olan 19 yaşlı əsgərimiz - FOTO

Şəhid olan 19 yaşlı əsgərimiz - FOTO


10-06-2019, 09:30. Yazar: Xeberaz
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi  pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu dünən torpağa tapşırılıb.
Xəbəraz.Az xəbər verir ki, şəhid Gədəbəy rayonunun İnəkboğan kəndinin inzibati ərazi dairəsində dəfn olunub.
Dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin şəxsi heyəti iştirak edib.
2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.
Geri dön