Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Zorakılıq olan bağçanın müdirinə bəraət... – Hökm açıqlandı

Zorakılıq olan bağçanın müdirinə bəraət... – Hökm açıqlandı


8-06-2019, 14:29. Yazar: xeber
Bakıda səhlənkarlıqda təqsirləndirilən "Kids studio" uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə hökm elan edilib.
Xəbəraz.Az teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi araşdırılıb və sonda hökm elan edilib.
Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Protest araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib. İlkin baxış iclası iyunun 10-na təyin olunub.
Qeyd edək ki, ötən ilin iyununun əvvəllərində Yasamal rayonunda yerləşən "Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq göstərib.
Bu barədə video-görüntülər sosial şəbəkədə yayılandan sonra Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb.
Yasamal rayon Məhkəməsinin hökmü ilə Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Geri dön