Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Bakıda güllələnərək öldürülən avtoritetlə bağlı ŞOK FAKTLAR

Bakıda güllələnərək öldürülən avtoritetlə bağlı ŞOK FAKTLAR


8-06-2019, 11:37. Yazar: xeberaz
Bakıda güllələnərək öldürülən avtoritetlə bağlı ŞOK FAKTLAR - FOTOLAR
Dünən Bakı şəhər Binəqədi rayon Rəsulzadə qəsəbəsində gülləllənərək öldürülən kriminal avtoritet Mübariz Budaqlı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Xəbəraz.Az xəbər verir ki,publika.az-ın əldə etdiyi məlumata görə, Mübariz Budaqli bir neçə il əvvəl silahlı xuliqanlıq əməlinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib və o, İnterpol xətti ilə axtarılıb. Daha sonra tutularaq ölkəyə gətirilən M.Budaqlı bir müddət sonra azadlığa çıxıb.
O, iyunun 6-da gecə saatlarında sosial şəbəkə səhifəsində özünün dəmir barmaqlıqlar arxasındakı fotosunu yerləşdirilib.
Bildirilir ki, 1976-ci il təvəllüdlü Budaqlı Mübariz Mürsəl oğlu kriminal qruplaşmalar arasındakı münaqişə zəminində öldürülüb. Belə ki, dünən Bakıda tapança ilə silahlanmış Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlu M.Budaqlının olduğu “Mercedes”in qarşısını kəsərək ona baş nahiyəsindən atəş açıblar. 43 yaşlı M.Budaqlı hadisə yerindəcə keçinib.
Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə sürücü də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Geri dön