Ana Sayfa > M / Karusel / Gündəm > Zəhranı oğurladığı deyilən qadın həbs edildi - RƏSMİ AÇIQLAMA

Zəhranı oğurladığı deyilən qadın həbs edildi - RƏSMİ AÇIQLAMA


7-06-2019, 19:11. Yazar: xeber
 
Bakının Sabunçu rayonunda üç yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə bağlı cinayət işi açılıb.


Xəbəraz.Az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumatına görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.


1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. T.Nəzərova barəsində həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, üç yaşlı Zəhra iyunun 4-də yaşadığı evin yaxınlığından itkin düşüb. Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş Z.Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılıb və ailəsinə təhvil verilib. Uşağın oğurlandığı məlum olub
Geri dön