Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan Ordusunun şəhid olan mayoru dəfn edildi-Fotolar

Azərbaycan Ordusunun şəhid olan mayoru dəfn edildi-Fotolar


31-05-2019, 12:27. Yazar: Xeberaz
Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovla vida mərasimi keçirilir.
ONA -nın şimal-qərb bürosunun verdiyi məlumata görə, mayın 30-u səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1983-cü il təvəllüdlü mayor Aqil Akif oğlu Omarovun nəşi bu gün səhər saatlarında ata yurdu olan Qax rayonu Lələpaşa kəndinə gətirilib. Vida mərasimində hərbi qulluqçular, rayon rəhbərliyi, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

A.Omarov Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, şəhid hərbi qulluqçu ailəli olub, 2 oğlu var.





Geri dön