Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV > ABŞ səfirliyindən jurnalistlərə təbrik (VİDEO)

ABŞ səfirliyindən jurnalistlərə təbrik (VİDEO)


22-07-2015, 18:24. Yazar: Xeberaz
ABŞ səfirliyindən jurnalistlərə təbrik (VİDEO)
Səfirlik nümayəndəsi azərbaycanlı jurnalistlərdə ən çox bəyəndiyi məqamı açıqlayıb.
Milli Mətbuat günü münasibətilə ABŞ səfirliyi jurnalistləri təbrik edib.
ANS TV-nin məlumatına görə, ABŞ səfirliyinin nümayəndəsi Nikolas Barnet media mənsublarını təbrik edərək, azərbaycanlı jurnalistlərdə ən çox qiymətləndirdiyi keyfiyyətləri açıqlayıb.

O bildirib ki, jurnalistlərin cəmiyyətdə rolu əvəzsiz və danılmazdır:

“Onlar məlumat verməklə yanaşı tənqidlərlə dövlətin inkişafını sürətləndirirlər. Daima jurnalistlərlə işləyən bir şəxs kimi onu deyə bilərəm ki, azərbaycanlı jurnalistlərdə ən çox qiymətləndirdiyim xüsusiyyət onların peşələrinə olan həvəsi və ehtirasıdır”.



Xatırladaq ki, bu il Azərbaycan Mətbuatının 140 illiyi qeyd edilir. BU nümasibətlə prezident İlham Əliyev bəzi jurnalistləri təltif edib. Onların arasında ANS-çilər də var.


Geri dön