Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > İki rayonun icra başçısı dəyişdirildi

İki rayonun icra başçısı dəyişdirildi


17-05-2019, 16:20. Yazar: Xeberaz
Prezident İlham Əliyev Saatlı və Sabirabad rayonlarının icra başçılarını dəyişib.
Ölkə başçısı Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eyni zamanda Siraqəddin Nəcəf oğlu Cabbarovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalanıb.

Digər sərəncamlarla Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Geri dön