Ana Sayfa > M / Karusel / Gündəm > Rüşvətdə ittiham olunan hüquq müdafiəçisi ilə bağlı - QƏRAR

Rüşvətdə ittiham olunan hüquq müdafiəçisi ilə bağlı - QƏRAR


16-05-2019, 15:35. Yazar: Xeberaz
Rüşvətdə ittiham olunan hüquq müdafiəçisi ilə bağlı - QƏRAR

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun barəsində olan cəza növünün dəyişdirilməsi ilə bağlı Xəzər rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Rauf Sultanovun apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 17 saylı cəza çəkmə müəssisəsində saxlanılan Rauf Sultanov barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsini barədə ərizəsi məhkəmə tərəfindən araşdırılıb və təmin olunmayıb.

Bu qərardan narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib.

O, şikayətində qeyd edib ki, şantaj etməkə təqsirli bilinərək məhkum olunsa da, onun işi üzrə zərərçəkmiş şəxs tanınmayıb.

Rauf Sultanov apelyasiya şikayətində işində zərərçəkmişin tanınmaması ilə bağlı məsələnin araşdırılmasını istəyib. O, həmçinin cəzadan vaxtından əvvəl azdalığa buraxılmasını da xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Sultanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rauf Sultanovun bəraət hökmünün çıxarılması barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

İstintaq orqanı Rauf Sultanova Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham versə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsinə tövsüf edilib.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə pul alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinib.

Rauf Sultanov bundan əvvəldə dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. (teleqraf)
Geri dön