Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Tramp İrandan neft idxalını tam dayandırmaq istəyir

Tramp İrandan neft idxalını tam dayandırmaq istəyir


28-04-2019, 16:29. Yazar: Xeberaz
Tramp İrandan neft idxalını tam dayandırmaq istəyir

ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Baş naziri Sinzo Abe ilə görüşü olub.
"Xeberaz.Az" Reuters-ə istinadən bildirir ki, tərəflər İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirləri müzakirə ediblər.
ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagerti agentliyə bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.
Xatırladaq ki, Yaponiyanın Baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ Evdə Prezident Donald Trampla təkbətək danışıqlar aparıb.
 
Geri dön