Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil / Reportaj > Polkovnik qızını intihara sürükləyən direktor işdən çıxarıldı - Keçmiş deputatın anasıdır

Polkovnik qızını intihara sürükləyən direktor işdən çıxarıldı - Keçmiş deputatın anasıdır


27-04-2019, 00:16. Yazar: Xeberaz
Polkovnik qızını intihara sürükləyən direktor işdən çıxarıldı - Keçmiş deputatın anasıdır

 S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb. Criminal.az saytına daxil olan məlumata görə, direktorla bağlı qərar bu gün açıqlanıb. 
Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib. Direktor vəzifəsi Vidadi adlı şəxsə tapşırılıb.


 Lalə Mərdanova
X.Osmanova keçmiş deputat Ceyhun Osmanlının anasıdır.

Məktəbin bir qrup müəllimi bir müddət əvvəl Xuraman Osmanovanın vəzifəsindən sui-istifadə etməsilə bağlı Criminal.az saytına müraciət ünvanlamışdı. Onun gimnaziyaya təhsil ocagı kimi deyil , yeyinti mənbəyi kimi baxdığını yazmışdılar. Hətta polkovnik qızı, həmin məktəbin ingilis dili müəllimi Lalə Mərdanovanı intihar həddinə çatdırdığı bildilirdi
Geri dön