Ana Sayfa > M / Karusel / Gündəm > Qar uçqununa düşən hərbçimiz dəfn olundu

Qar uçqununa düşən hərbçimiz dəfn olundu


25-04-2019, 12:26. Yazar: xeber

Martın əvvəlində qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Daşkəsən rayonundan anadan olmuş 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilib.
Daşkəsən rayonunda keçirilən dəfn mərasimində 2000 nəfərdən artıq rayon ictimaiyyəti nümayəndələrinin iştirakı edib.

Məmmədov Fərrux Fərman oğlu ailəli idi, şəhidin 1 qız övladı yadigar qalıb. Qeyd edək ki, 04.03.2019-cu il tarixdə saat 13-00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissənin giziri, 1984-cü il təvəllüldü, Qazax rayonunda anadan olmuş Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1992-ci il təvəllüldü, Daşkəsən rayonunda anadan olmuş əsgər Məmmədov Fərruz Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olublar.
Geri dön