Ana Sayfa > M / Karusel / Siyasət / Qarabağdan xəbər var > Moskvada Dağlıq Qarabağ müzakirə ediləcək

Moskvada Dağlıq Qarabağ müzakirə ediləcək


18-04-2019, 14:54. Yazar: Xeberaz
Moskvada Dağlıq Qarabağ müzakirə ediləcək

ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılacaq.
"Xeberaz.Az" xəbər verir ki, bunu həftəlik brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
O, tərəflərin aprelin 24-də Moskva şəhərində keçiriləcək illik Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəyini diqqətə çatdırıb.







Geri dön