Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Xəbəraz TV / Reportaj > Özünü "Reportyor tv"-nin Rəhbəri kimi təqdim edən şəxs: "Qanunu mən yazıram"!

Özünü "Reportyor tv"-nin Rəhbəri kimi təqdim edən şəxs: "Qanunu mən yazıram"!


16-04-2019, 18:27. Yazar: Xeberaz
Nə qədər israrlı səslənsə də bu şəxs Çox təəssüflər olsun ki, mənsub olduğu ölkənin hökumətinin çıxardığı qanunlara əməl etməyərək bu cür kobudluğu ilə də yadda qaldı. Bu baş verən xoşagəlməz vəziyyətin olduğu məkan isə Bakının Mərkəzi küçələrindən biri olan , Azərbaycan Dəmir yolları Qapalı Səhmdar Cəmiyyəti binasının arxası, daha dəqiq, Kövkəb Səfərəliyev küçəsidir. Burada diqqətçəkən xüsusi məqam isə ondan ibarət oldu ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edilən bu görüntüdəki mülki geyimli  ortayaşlı şəxsin yanında belə Səbət kabinəli avtomaşının həmin tikinti obyektində qeyri-düzgün işləməsinə belə məhəl qoymadı. Yəni ilk olaraq bucür texnika işləyən zaman onun ətrafı xüsusi mühafizə lenti ilə çəpərlənməli, ərazidən keçən piyadaların isə təhlükəsizliyinin təmin olunması məqsədilə oradan ehtiyatlı keçilməsi tövsiyyə olunmalıdır. Lakin çox təəssüf olsun ki, bu sadaladıqlarımıza müvafiq Qanunvericilikdə nəzərdə tutulan qaydada qəti əməl edilməməsi bu videoçarx və şəkillərdən açıq-aydın görünür:


Xəyyam Ayətoğlu.

Geri dön