Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib

Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib


21-07-2015, 12:20. Yazar: Xeberaz
Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib
Xeberaz.az xəbər verir ki, Dövlət başçısı mediada olan qeyri-peşəkarlıq meyllərinə toxunub


Prezident İlham Əliyev Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə çıxış edən dövlət başçısı Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Prezident Azərbaycanda 1998-ci ildə senzuranın ləğv olunmasının müstəqil medianının yaranması və inkişafı üçün təkan olduğunu deyib. O, bundan sonrakı mərhələdə isə özünü tənzimləmə strukturu kimi Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Prezident mediada olan qeyri-peşəkarlıq meyllərinə də toxunub.
Geri dön