Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual > Hakim həbs edildi - rüşvət aldığına GÖRƏ...

Hakim həbs edildi - rüşvət aldığına GÖRƏ...


1-04-2019, 23:34. Yazar: Xeberaz
Hakim həbs edildi -rüşvət aldığına GÖRƏ...

Ermənistanda rüşvətxorluqda ittiham olunan məhkəmə hakimi Qaqik Eboyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Xeberaz.Az" “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Yerevan Ümumi Məhkəməsində Nelli Baqdasaryanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qeyd edək ki, martın 29-da Ermənistan Baş Prokurorluğunun vəsatəti əsasında Ali Məhkəmə Şurası Qaqik Eboyanın hakim səlahiyyətlərini dayandırmışdı. O, rüşvət alarkən tutulmuşdu. Vəkili Kromvel Qriqoryan bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Onun sözlərinə görə, verilən pul rüşvət deyil, vəkilin ona olan borcudur. 



Geri dön