Ana Sayfa > M / Karusel / Siyasət / Reportaj > Zakir həsənov səfirlə görüşdü

Zakir həsənov səfirlə görüşdü


21-07-2015, 00:33. Yazar: Xeberaz
Zakir həsənov səfirlə görüşdü
Müdafiə naziri diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki səlahiyyət müddəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Ölkəmizdə olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan müdafiə naziri diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.
Geri dön