Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır

Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


15-03-2019, 08:31. Yazar: Xeberaz
Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır

Hazırda Azərbaycan Respublikasının Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcəkdir.
Eyni zamanda ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmışvə davam etdirilir.
Geri dön