Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev Naxçıvan üçün pul ayırdı

İlham Əliyev Naxçıvan üçün pul ayırdı


12-03-2019, 20:14. Yazar: xeber
Prezident İlham Əliyev çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.
 
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll eddəcək.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.


Geri dön