Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm > Problemli kreditlərin həcmi açıqlandı

Problemli kreditlərin həcmi açıqlandı


11-03-2019, 12:06. Yazar: xeber
2019-cu il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 569,4 mln. manat və ya bütün kreditlərin 12,2%-ni təşkil edir.Xəbəraz.Az xəbər verir ki, ümumilikdə Azərbaycanda kredit portfelinin həcmi yanvar ayında 1,04% azalıb və 12 mlrd. 884,7 mln. manata düşüb.
Kreditlərin 2 mlrd. 62,4 mln. manatı dövlət payına malik olan banklar tərəfindən verilib və bu bankların kredit portfelindəki azalma 1,7% təşkil edir.
Kommersiya banklarının kredit portfelinin həcmi isə 10 mlrd. 478,6 mln. manatdır və burada azalma 0,5%-dir. Qalan kredit məbləği isə bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il fevralın 1-nə kreditlərin ümumi həcminin 8 mlrd. 63,6 mln. manatı milli valyuta, 4 mlrd. 821,1 mln. manatı xarici valyuta ilə verilib. Ümumilikdə xarici valyutada kreditlərin xüsusi çəkisi 37,4% təşkil edir.
Kreditlərin strukturuna baxsaq, 5 mlrd. 306,3 mln. manat (41,2%) həcm ilə ev təsərrüfatı sahələri öndədir. Bu isə o deməkdir ki, istehlak kreditləri üzrə portfel yenə də şişir.
Bundan sonra ticarət və xidmət sahələri, rabitə texnologiyalrına kredit qoyuluşları daha çoxdur.
Geri dön