Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib


6-03-2019, 15:24. Yazar: xeber
Prezident İlham Əliyev Fazil Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncamı AZƏRTAC dərc edib.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.
Tibb elmləri doktoru, professor Fazil Qurbanov AMEA-nın həqiqi üzvüdür. Alim və praktik cərrah kimi yemək borusu, mədə və onikibarmaq bağırsağın həzm orqanlarının operativ və konservativ müalicəsi  ilə bağlı ən müasir metodikaların tətbiq edilməsinə nail olub.
Geri dön