Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm > Banklar bu məbləği əhaliyə geri qaytaracaq - RƏSMİ

Banklar bu məbləği əhaliyə geri qaytaracaq - RƏSMİ


28-02-2019, 15:49. Yazar: xeber


Devalvasiyadan sonra dolların bahalaşmış məzənnəsi ilə kredit ödəyən şəxslərə kreditin devalvasiyaya məruz qalmış hissəsi geri qaytarılacaq.
Bu barədə məlumatı Mərkəzi Bankın baş direktoru Rəşad Orucov verib. O, REAL TV-nin canlı yayımında prezidentin bugünkü fərmanını şərh edib. 

Baş direktor deyib ki, əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq: "Söhbət devalvasiya zamanı götürülən dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir”. 
Geri dön