Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Aktual > "10 min dollara qədər kreditlər dövlət tərəfindən ödəniləcək" - QHT rəhbərindən AÇIQLAMA

"10 min dollara qədər kreditlər dövlət tərəfindən ödəniləcək" - QHT rəhbərindən AÇIQLAMA


27-02-2019, 13:08. Yazar: Xeberaz
"10 min dollara qədər kreditlər dövlət tərəfindən ödəniləcək"-  QHT rəhbərindən AÇIQLAMA

QHT rəhbəri Azərbaycanda 10 min dollara qədər götürülmüş kreditlərin bağışlanacağını bildirib.
Unikal.org-a açıqlama verən "Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov banklarda olan etibarlı mənbədən belə bir məlumat aldığını bildirib:
"Bu məsələ devalvasiyadan sonra müəyyən narahatlığa səbəb olub. Ona görə insanlar bu kreditləri qaytarmaqda çətinlik çəkməyə başladılar. Artıq sözügedən məsələ 2 il yarımdır ki, davam edir. Dövlətimiz xüsusilə, cənab prezidentimiz insanların sosial vəziyyətini nəzərə alaraq bu məsələdə vətəndaşlara dəstək lazım olduğunu düşünüblər. Mən banklara yaxın olan mənbədən belə bir məlumat əldə etmişəm ki, 10 min dollara qədər götürülən kreditlər dövlət tərəfindən ödəniləcək. Çünki elə  insanlar var ki, uzun müddətdir ki, dollarla götürdüyü kreditləri ödəməkdə çətinlik çəkirlər. Bu 10 min dolların dövlət və banklar bir yerdə bağışlamağı düşünürlər. Qonşu Gürcüstan höküməti də belə bir addım atmışdı. 2000 lari civarında olan kreditləri gürcü höküməti ödəmişdi. Bizim dövlət daha çox 10 min dollar və ya 17 min manatadək olan kreditləri ödəməyi düşünür. 2019-cu il başlayandan biz sosial yönümlü sərəncamların prezident tərəfindən imzalandığının şahidi oluruq. Bütün atılan bu kimi addımlar vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olacaq".
  • "10 min dollara qədər kreditlər dövlət tərəfindən ödəniləcək"-  QHT rəhbərindən AÇIQLAMA


Geri dön