Ana Sayfa > M / Karusel / Gündəm / İbadət > Həccə getməyin qiyməti açıqlandı

Həccə getməyin qiyməti açıqlandı


22-02-2019, 16:59. Yazar: xeber
2019-cu ildə Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti məlum olub.Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Həcc ziyarətinə getmək istəyənlər 4285 dollar ödəniş edəcəklər.
QMİ-dən qeyd edilib ki, Həcc ziyarətinə sənəd qəbulu gələn həftə elan olunacaq.
Qeyd edək ki, bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb.
Ötən il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılmışdı və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilmişdi.
Geri dön