Ana Sayfa > M / Karusel / Gündəm > AzTV-yə 3 milyon ayrıldı - SƏRƏNCAM

AzTV-yə 3 milyon ayrıldı - SƏRƏNCAM


14-02-2019, 15:55. Yazar: xeber

Prezident İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb.
Geri dön