Ana Sayfa > M / Karusel / Gündəm > Abel Məhərrəmovun səhhəti necədir?-Açıqlama

Abel Məhərrəmovun səhhəti necədir?-Açıqlama


13-02-2019, 15:00. Yazar: xeber
Abel Məhərrəmovun həkimindən açıqlama
Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib.

Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır:

“Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhətində problem yoxdur, bu gün evə buraxılacaq”. 
(unikal.org)
Geri dön