Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Bərdədə ana iki körpə bacı-qardaşı küçəyə atıb qaçdı

Bərdədə ana iki körpə bacı-qardaşı küçəyə atıb qaçdı


4-02-2019, 10:39. Yazar: xeber

Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.
Uşaqlar küçəyə anaları tərəfindən atılıb.
Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.
Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.

Geri dön