Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev bir qrup gənci təltif edib - SİYAHI
İlham Əliyev bir qrup gənci təltif edib - SİYAHI1-02-2019, 13:40. Yazar: xeber |
Prezident İlham Əliyev gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Xəbəraz.Az xəbər verir ki, sənədə əsasən, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Cabbarov Azad Vaqif oğlu “Tərəqqi” medalı ilə Əsgərli Asif Məmməd oğlu Qədirov Vüqar Kərim oğlu Orucov İlqar Nəcibəddin oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə İskəndərov Vüqar Yapon oğlu Quliyev Rüfət Mətləb oğlu Nəcəfli Kamal Məmməd oğlu. Dövlət başçısının digər sərəncamı ilə, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2019-cu il Gənclər üçün Prezident mükafatları verilib. Hacızadə Hüseynxan Saleh oğlu Həsənov Masər Fuad oğlu Rəcəbli Sara Rauf qızı Mehmandarov Mustafa Adil oğlu Mirzəmmədova Nigar Mübariz qızı Şahverənov Allahverdi Umud oğlu. Geri dön |