Ana Sayfa > M / Karusel / Gündəm > Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırıldı

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırıldı


30-01-2019, 18:55. Yazar: xeber


Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.
Sərəncama əsasən, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilir.
"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli fərmanının 1-ci hissəsində "242 (iki yüz qırx iki)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Geri dön