Ana Sayfa > M / Karusel / Siyasət / Foto-fakt / Aktual > 20 Yanvar Faciəsinin 29-cu İldönümü DAMM və İNK-nın Mərkəzi Qərargahında İctimai Dinləmələrlə Qeyd Olundu.

20 Yanvar Faciəsinin 29-cu İldönümü DAMM və İNK-nın Mərkəzi Qərargahında İctimai Dinləmələrlə Qeyd Olundu.


20-01-2019, 00:46. Yazar: Xeberaz
Xalqımızın tarixinə şanlı səhifə kimi yazılan 20 Yanvar Hadisələri hər il olduğu kimi bu il də qədirbilən xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir.  Bu silsilə tədbirlərdən biri də,     Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi və İctimai Nəzarət Koalisiyasının Mərkəzi Qərargahının konfrans zalında baş tutdu. Hərkəs üçün dəvətli olan tədbirə Respublikamızın bir sıra ictimai-siyasi xadimlərilə bərabər Qardaş Türkiyə Respublikasının Kahramanmaraş vilayətindən də bir sıra dövlət nümayəndələri qatıldı. Tədbiri giriş sözü ilə açan DAMM-nin 1-ci vitse prezidenti, İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov XX əsr Azərbaycanının qan bahasına əldə etdiyi Müstəqilliyinin necə ərsəyə gəldiyinin tarixi əhəmiyyətini ictimaiyyətə çatdırdı. Qeyd edək ki, həmin tarixdə  Sovet İttifaq rəhbəri olmuş Mixail Qarbaçovun  o zamankı vandal müdafiə naziri General Yazov Və Bakatinin iştirakı ilə 11-ci Qırmızı ordunun Bakıya yeridərək İrticaçı Sovet rejiminin süqutunu tələb edən Azərbaycan xalqına qarşı o tarixi faciəni törətməyə müvəffəq oldular. Faciə nəticəsində  Bakıda , Lənkəranda, Neftçalada və bir sıra şəhər və rayonlarımızda 100-lərlə soydaşımız həyatını itirdi. Lakin bununla belə o amansız İmperiya Azərbaycanın müstəqil olmasına sonda nail ola bilmədilər.  Həmçinin nə qədər  ki , mübariz Azərbaycan xalqı var, o qədər də bu mübarizliyin dünyada bir örnəklik simvoluna çevrildiyini bildirən Rasim Məmmədov o qanlı hadisə qurbanlarının bu tədbirdə iştirak edən doğma və yaxınlarına hərzaman alnıaçıq olaraq fəxarət hiss sahibi olduqlarını da mərasim iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra çıxış üçün söz,  tanınmış Şair publisist Oqtay Rzaya verildi. 
O dövrün çətin və dəhşətdolu anlarını öz gözləriylə görən Yazıçı Oqtay Rza, tarixən azərbaycanlıların tanklar qarşısında zərrə qədər də çəkinməyərək dünyada misilsiz bir qəhrəmanlıq simvoluna çevrildiyini poetik fikirlərlə ifadə elədi.  
DAMM və İNK katibi Tanınmış və əməkdar Jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü Aydın Xan Əbilov 20 yanvar ,1990-cı il tarixinin Azərbaycanda qanlı , lakin şanlı bir silinməz iz buraxdığını geniş nitqlə mərasim iştirakçılarına və ictimaiyyətə çatdırdı.
Daha sonra mərasimə qatılan şəhid anaları və ailə üzvlərinin də fəxarətdolu fikir və xatirələri dinlənildi.
Dövlət himnimizin sədaları altında , həmçinin bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsi anıldı.Mərasimin sonunda tədbirdə iştirak edənlərlə İNK üzvləri birgə xatirə şəkilləri çəkdirildi. Koalisiya rəhbərliyi və mərasimə qatılan çoxsaylı iştirakçılar daha sonra Fəxri Xiyabana üz tutaraq 20 Yanvar Şəhidlərinin məzarlarını tər qərənfil dəstələri ilə ziyarət etdilər.
Bir daha Vətənimizin və dövlətimizin müstəqilliyi uğrunda canından keçərək şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyərək ruhları şad olsun deyirik.

" Xəbəraz.az "üçün hazırladı: Xəyyam Ayətoğlu.

Geri dön