Ana Sayfa > M / Karusel / Gündəm > AzTV kimə həvalə edildi? - DOSYE

AzTV kimə həvalə edildi? - DOSYE


15-01-2019, 17:50. Yazar: xeber
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edilib.
QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılıb.
Rövşən Məmmədov karyerasına 2000-ci idman jurnalisti kimi başlayıb. Onun telekanalda ilk iş yeri “Lider” olub. Bu telekanalda Olimpiya Oyunlarında şərhçilik edən və idman xəbərlərini aparan Məmmədov daha sonra 2009-cu ildən İdman departamentinin rəhbəri olub. 
O, 2014-cü ildə bu telekanaldan ayrılaraq AzTV-yə keçib. Burada isə Məmmədov idman yox, ictimai-siyasi verilişlərdə görünməyə başlayıb. O, “Günün nəbzi” və “Həftə” analitik verilişlərində aparıcılıq edib. 
Həmçinin, Rövşən Məmmədov Bakı Slavyan Universitetində müəllim olaraq fəaliyyət göstərib.
Geri dön