Ana Sayfa > M / Karusel / Gündəm > "ELNET" MTK İŞÇİLƏRİNİ Ölümlə üzbəüz qoyur. Özü də BAZAR GÜNÜ. İŞÇİLƏR ƏMƏK HAQQINI DA KARTLA ALMIR. Baş Əmək Müfəttişliyi hansı tədbiri görəcək?..

"ELNET" MTK İŞÇİLƏRİNİ Ölümlə üzbəüz qoyur. Özü də BAZAR GÜNÜ. İŞÇİLƏR ƏMƏK HAQQINI DA KARTLA ALMIR. Baş Əmək Müfəttişliyi hansı tədbiri görəcək?..


14-01-2019, 14:33. Yazar: xeber
Xətai Rayonu Məhəmməd Hadi 25 ünvanında "ELNET" MTK-nın apardığı tikintidə bir sıra qanunpozuntularını aşkarladıq. Belə ki, 13yanvar, 2019-cu il , bazar günü olmasına baxmayaraq , adıçəkilən şirkət rəhbərliyi Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin və Tikintidə Təhlükəsizlik Qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edək ki, bu videoçarxda qeyd olunanlarla bağlı bir sıra neqativ hallar aşağıdakı kimi səciyyələndirilir:
1) İşçi işəgötürən tərəfindən həftəlik 40 saatdan artıq, yəni istehsalat zərurətilə əlaqədar şənbə və bazar günü  işlədilərsə, həmin günlərin əmək haqqısı digər günlərdən fərqli ikiqat hesablanılaraq həmin günün sonunda verilməlidir. Halbuki, bu sahə istehsalat sahəsi sayılmır;
2) İşçiyə- onunla işəgötürən tərəfindən bağlanmış Əmək müqaviləsinin bir nüsxəsi ona imza atdırılmaqla  təqdim edilməlidir;
3) İşəgötürən işçiyə təyin olunan əmək haqqını plastik kartla ona bank hesabı vasitəsilə ödəməlidir;
4) Tikintidə işləyərkən dəbilqə baş geyimi və təhlükəsizlik bel kəməri ilə  işəgötürən işçini təchiz etməlidir müvafiq Təlimat jurnalına imza atılmaqla;
5) Qazkəsici vasitə olan Oksigen və Propan balonları üzərində təzyiqtənzimləyicilər saz vəziyyətdə olmaqla balonlar müəyyən olunmuş 1-3 metr ara məsafəsində olmalıdır.
Bu siyahını daha da uzatmaq olar. 
Diqqətimizi burada həmin vaxt qapıdan çıxan bir işçinin maraqlı açıqlamaları nəzəri çəkdi. Beləki həmin işçi burada işləyən  onlarla işçiyə əmək haqqının kartla deyil bir möhürsüz dəftərə qol çəkərək verildiyini söylədi.
İnanınırıq ki, bu baş verənlərə  Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Baş Əmək Müfəttişliyi müvafiq təftişini keçirməklə qanuni tədbirini görəcəklər. Qeyd edək ki, AR İnzibati Xətalar Məcəlləsində iki və daha artıq şəxsin əmək müqaviləsiz halda əməyə cəlb edilməsi, fiziki şəxs 5min manatdan 10min manatadək , hüquqi şəxs idə 10min manatdan 25 min manatadək cərimə nəzərdə tutulmuşdur.  Görünür bu yüksək məbləğli cərimənin tətbiqindən "ELNET " MTK rəhbərliyi ya heç çəkinmir, ya da hansısa qurumdan özlərinə "day-day" tutmuşlar!
Mövzunu diqqətdə saxlayırıq.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 XƏYYAM AYƏTOĞLU


Geri dön