Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Əsgərlikdən yenicə gələn oğlanı metronun qabağında niyə ürəyindən bıçaqladılar? - Təfərrüat

Əsgərlikdən yenicə gələn oğlanı metronun qabağında niyə ürəyindən bıçaqladılar? - Təfərrüat


13-01-2019, 11:41. Yazar: Xeberaz
Əsgərlikdən yenicə gələn oğlanı metronun qabağında niyə ürəyindən bıçaqladılar? - Təfərrüat
Bakıda "Nizami" metro stansiyası yaxınlığında gənc oğlan bıçaqlanıb.

Xəbəraz.Az bildirir ki, yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.

Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, ölən şəxs Sabirabad rayonundandır və tələbədir. Onun təxminən 22-23 yaşlarında olduğu bildirilir. 
Geri dön