Xalq artisti Ramiz Əzizbəylinin ayağı amputasiya edilə bilər.
Bu məlumatı Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də verib.
Məşhur prodüser ona bu barədə xalq artistinin yatdığı xəstəxanadan bildirildiyini deyib:
"Sənətkarlarımızın vaxtında dəyərini bilmək lazımdır. Onların diqqətə ehtiyacı var. Mən sabah öləndən sonra 3 gün, 2 gün və sonra yaddan çıxacağıq. Zahid də rəhmətə getdi, dünən "yeddi"si idi. Zahiddən öncə Amaliya xanım.
Amma sağlığında dəyər verək. Allah Ramiz Əzizbəyliyə can sağlığı versin. Hal-hazırda xəstəxanadadır. Bilirəm ki, xəstəxandan yazdılar ki, ayağı amputasiya edilə bilər".
Qeyd edək ki, üç dəfə insult keçirən xalq artisti ağır şəkər xəstəliyindən də əziyyət çəkir. O bildirib ki, orqanizmində 40-a yaxın xəstəlik aşkar edilib.