Ana Sayfa > M / Karusel / Gündəm > Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ


25-12-2018, 15:09. Yazar: xeber
Temperatur 5 dərəcə enəcək, qar yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Rayonlarda dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 
Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. 
Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Geri dön