Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycana qış daxil oldu
Azərbaycana qış daxil oldu23-12-2018, 15:32. Yazar: xeber |
Bu gün Azərbaycana qış fəsli daxil olub. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, qış fəslinin gəlişi dekabrın 22-dən 23-ə keçən gecə, Bakı vaxtı ilə saat 02:22-də baş verib. Həmin tarixdə payız fəsli başa çatıb, ölkə ərazisinə qış fəsli daxil olub. X.Mikayılov qeyd edib ki, Yer "Qış günəş duruşu"ndan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq: "Amma biz dekabrın 26-dək gündüzün uzanmasını hiss etməyəcəyik. Ancaq 1 həftədən sonra - hər 2-3 gündən bir gecələrin 1 dəqiqə qısaldığını müşahidə edəcəyik". Geri dön |