Ana Sayfa > M / Karusel / Siyasət > Saakaşvili: Qumarı qanuniləşdirmək lazımdır

Saakaşvili: Qumarı qanuniləşdirmək lazımdır


16-07-2015, 22:40. Yazar: Xeberaz
Saakaşvili: Qumarı qanuniləşdirmək lazımdır
“Biz kimi aldadırıq?”

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessada qumar oyunları biznesini leqallaşdırmaq istəyir.

“Kim nə deyir-desin, mən əminəm ki, Odessada qumar oyunları biznesinə icazə vermək lazımdır”, - bu sözləriu Saakaşvili “Cənub” limanında zavodun açılışında deyib.

Onun sözlərinə görə, hal-hazırda Kiyev və Odessada hüquq-mühafizə orqanlarının himayədarlıq etdiyi qanunsuz kazinolar var.

“Odessa və Kiyevdə bir neçə qanunsuz fəaliyyət göstərən kazinolar var. Biz kimi aldadırıq?”, - qubernator əlavə edib.
Geri dön