Ana Sayfa > M / Karusel / Gündəm > Yenə devalvasiya olacaq? – Nazirin çıxışına iki fərqli baxış

Yenə devalvasiya olacaq? – Nazirin çıxışına iki fərqli baxış


5-12-2018, 17:12. Yazar: xeber


Maliyyə naziri Samir Şərifov manatın məzənnəsinin kəskin möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. Nazir manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, xaricdən idxalın artmasına, bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilməsinə səbəb olur: "Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub".
Nazirin bu çıxışı bəzi şərhçilər tərəfindən devalvasiya xəbərdarlığı kimi təqdim edilib.  

Bəs iqtisadçılar maliyyə nazirinin manatın məzənnəsi ilə bağlı çıxışını necə dəyərləndirir?

İqtisadçı ekspert Qadir İbrahimlihesab edir ki, maliyyə nazirinin açıqlamasını devalvasiya anonsu kimi yozmaq düzgün deyil: "Əvvəla, 2015- cilin sonundan hökumət rəsmən "üzən məzənnə” rejiminə keçib və bu rejimdən hələ imtina etməyib. Bu baxımdan manatın devalvasiyası hər an gözləniləndir. 

Ümumiyyətlə, yerli valyutanın bir sektorun (bizim söhbətdə neft sektorunun) hesabına süni şəkildə "kəskin möhkəmləndirmək” praktikada özünü doğrulmur. İkincisi, nazir manatın "möhkəmlənməsindən” yox, "kəskin möhkəmlənməsindən” narahatlığını ifadə edib. Bunlar fərqli anlayışlardır. 1994-cü ilin sonunda manatın məzənnəsi 4500 manat (denominasiyadan sonra 0.9 AZN) səviyyəsində sabitləşdi. Sonradan bu məzənnə daha da möhkəmləndirilərək 78 qəpik səviyyəsinə endirildi. Proses 2015-ci ilə qədər davam etdi və sonrada manat sərt devalvasiyaya – 122 faizlik devalvasiyaya məruz qaldı. Halbuki manat hər il təxminən 5-6 qəpik ucuzlaşsaydı, insanlar bir elə devalvasiya şoku da yaşamazdı. Eyni zamanda manatın kəskin möhkəmlənməsinə xərclənən pullar real sektorun dəstəkləməsinə xərclənsəydi, bu gün manatın taleyi neftin qiymətindən daha az asılı olardı. Üçüncüsü, yerli valyutanın kəskin möhkəmlənməsi idxalın stimullaşdırılmasına, ixraca isə marağın azalmasına səbəb olması artıq iqtisadi nəzəriyyələrdə birmənalı təsdiqini tapmış məsələdir. Bu baxımdan maliyyə nazirinin açıqlamasına rasional yanaşmaq lazımdır. Real sektorun effektiv dəstəklənməsi yumuşaq devalvasiyanı (ildə 5-6 qəpik) istisna etmir. Ancaq konket indiki halda devalvasiya anonsundan söhbət getmir”.
İqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir: 
"Əslində bu, xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Dövlət Neft Fonduna vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa, o zaman Dövlət Neft Fondundan transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq.
 
ÐÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изобÑажение
 Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, Dövlət Neft Fondunun büdcəyə transferi 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa, Dövlət Neft Fondunun  büdcəyə transferi 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir”. 
İqtisadçı Azərbaycanın bahalı, lakin keyfiyyətsiz və təhlükəli idxal mallarının idxalı üçün cəlbedici ölkəyə çevrildiyini də bildirib: "Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempini aşağı düşməsində əhəmiyyətli rol oynayır. Bir sözlə, maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir. Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, ilin sonu valyutaya tələbat artır. Bu gün Dövlət Neft Fondunun  ötən ayda valyuta satışları ilə bu gün gözlənilən açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər”.
Geri dön