Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə / Xəbəraz-ın debatı > Masallı: icra Hakimiyyətinin müavinin oğlu DYP əməkdaşını xəstəxanalıq etdi

Masallı: icra Hakimiyyətinin müavinin oğlu DYP əməkdaşını xəstəxanalıq etdi


4-12-2018, 02:23. Yazar: Xeberaz

Bu gün saat 10:40 radələrində Masallı rayon Polis İdarəsinin DYP əməkdaşı Baş İnspektor vəzifəsində işləyən Rəcəbli Azər Elxan oğlu, xidməti maşını ilə xidmət apardığı zaman qayda pozan 44-BZ-164 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü saxlamaq məqsədiylə  dur əmri vermişdir. Lakin qaydanı pozan sürücü avtomobili saxlamamış və  polis əməkdaşına tabe olmaq istəməmişdir. Hələ azmışkimi sürətini artıraraq Polis əməkdaşını idarə etdiyi maşınla vurub kənara atmışdır. 
Bu barədə "Xəbəraz.Az"-a məlumatı Rəcəbli Azər Elxan oğlunun yaxın qohumu vermişdir. Onun bildirdiyinə görə, polisi vuran sürücü məmur övladıdır. Anası Masallı rayon İcra Hakimiyyətinin müavini Aybəniz Qafarovanın oğludur. hal hazirda polis emekdaşi Masalli rayonu Mərkəzi xəstəxanasının ranimasiyya şöbəsində kəllə beyin travması  ilə yatır.
Geri dön