Ana Sayfa > M / Karusel / Gündəm > DİQQƏT! Paytaxtda sürət həddi yağışa görə azaldıldı

DİQQƏT! Paytaxtda sürət həddi yağışa görə azaldıldı


2-12-2018, 13:25. Yazar: Xeberaz

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

Geri dön