Ana Sayfa > M / Karusel / Gündəm > Temperatur kəskin enəcək: külək, yağış, qar - XƏBƏRDARLIQ

Temperatur kəskin enəcək: külək, yağış, qar - XƏBƏRDARLIQ


28-11-2018, 16:08. Yazar: xeber
Nazirlikdən hava xəbərdarlığı: temperatur 6 dərəcə enəcək, qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Bakıda və Abşeron yarımadasında noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək güclü şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 
Noyabrın 29-u gündüzdən 30-u gündüzədək qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Geri dön