Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Dünya > Bu gün Gürcüstan növbəti prezidentini seçir

Bu gün Gürcüstan növbəti prezidentini seçir


28-11-2018, 10:35. Yazar: Xeberaz

Bu gün Gürcüstanda prezident seçkisinin ikinci turu keçiriləcək.

Prezidentlik uğrunda iki namizəd mübarizə aparır.

Bunlar hakim “Gürcü arzusu” blokunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzedir.
Xatırladaq ki, ilk turda onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.

Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini toplamışdı.

Beləliklə, Gürcüstan növbəti dəfə tarixi imtahan qarşısındadır. Gürcüstan seçkiləri həm də İvanaşvili - Saakaşvili qarşıdurması kimi xarakterizə olunur.


Yerli vaxtla səhər saat 8:00-da Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivaniya səsvermənin başlandığını elan edib, bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.
Bildirilib ki, seçkilərin ikinci turu ilə əlaqədar Gürcüstan üzrə 3 min 703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb. Seçki bülletenləri bütün məntəqələrə çatdırılıb.
Seçki məntəqələrinin üçü Azərbaycanda açılıb.
Səsvermə Gürcüstanda yerli vaxtla saat 20:00-da, xarici ölkələrdə isə saat 24:00-da başa çatacaq.
MSK-nın məlumatına görə, ümumi seçicilərin sayı 3 milyon 528 min 658 nəfərdir.
Səsvermənin gedişini seçici subyektlərinin 17 min nəfər nümayəndəsi, 48 min 500 yerli və 1300 beynəlxalq müşahidəçi, eyni zamanda, 2300 yerli və xarici mətbuat nümayəndəsi izləyəcək.


Geri dön